“11-ci siniflərin ilk mərhələdə keçirilən buraxılış imtahanında 50-mindən artıq şagird içərisində bir nəfərin belə maksimum baı sayılan 300 balı toplamaması orta ümumtəhsil müəssisələrindəki təhsilin səviyyəsinin göstəricisidir”.
Bu fikirlər “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin açıqlamasında qeyd edilib.
Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, təhsil sektoruna cavabdeh dairələr bu göstəricilərdən nəticə çıxarmalıdır:
“Bu o deməkdir ki, məktəblərdə tədris istənilən səviyyədə keçirilmir. Təəssüfedici hal ondan ibarətdir ki, hər il bu kimi nəticələr geriyə doğru gedir. Səslənən ittihamlar, iradlara baxmayaraq müvafiq qurumlar heç bir iş görmürlər. Bu da nəticə etibarilə gələcəyimizi məhvə sürükləyir”.
İctimai Birlik hesab edir ki, buraxılış imtahanlarının nəticələri bizə ciddi şəkildə düşünməyə əsas verir: “Düşünməli və bu istiqamətdə çalışmalıyıq ki, problem nədədir, hansı yolla onu aradan qaldırmaq olar”.
Natiq