Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Egey və Aralıq dənizi dostluq dənizi olmalıdır-AKAR -ÖZƏL

Egey və Aralıq dənizi dostluq dənizi olmalıdır-AKAR


"Səmimi arzumuzdur ki, Egey və Aralıq dənizi artıq bir dostluq dənizi olsun"

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar səsləndirib. Nazir bildirib ki, bunun üçün Yunanıstanla mövcud problemlərimizin bir qismini həll etməliyik:

"Ölkə olaraq, ümid edirik ki, mehriban qonşuluq münasibətlərini beynəlxalq hüquq çərçivəsində, müttəfiqlik ruhuna uyğun olaraq, dinc vasitə və üsullarla, qarşılıqlı hörmət və dialoqla irəli apara bilərik"

Hulusi Akar deyib ki, turizmin mövsümü kimi qəbul edilən 15 iyun-15 sentyabr tarixləri arasında Egey dənizinin beynəlxalq sularında və hava məkanında təlimlərin keçirilməməsi üçün də məsləhətləşmələr aparılır və konkret müsbət irəliləyişlər gözləyirik.

Mehman
Xəbəri paylaş