Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın Baş naziri: "Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, mühüm strateji tərəfdaşımızdır"

Gürcüstanın Baş naziri: "Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, mühüm strateji tərəfdaşımızdır"


"Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Biz uzun illər ərzində müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik. Bu layihələr bizim xalqları, ölkələri daha da birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq. Əminəm ki, bundan sonra da uzun illər belə olacaq", - Gürcüstanın Baş naziri qeyd edib.

Sevinc
Xəbəri paylaş