“İranın Azərbaycandakı səfirliyinin 4 diplomatının persona-non qrata elan edilməsi İran kəşfiyyat orqanlarının üzünə vurulan sillədir və uzun zaman ağrısı sifətlərində qalacaq”.
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, molla rejimi təbii ki, bu addımlardan sonra özünü sillə yeməmiş kimi göstərmək üçün yeni həmlələr haqda fikirləşə bilər və hansısa addımlar ata bilər:
“Amma artıq əvvəlki dövr deyil. Azərbaycan dövləti nə İranın mollasından, nə casusundan, nə də ki, saqqallı SEPAH komandirlərinin hədələrindən çəkinir. Gələcəkləri varsa, görəcəkləri də vardır”.
Mehman