Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Bakıdakı səfirliyinin casus yuvası olduğu hər kəsə məlum olan həqiqət idi -ÖZƏL

İranın Bakıdakı səfirliyinin casus yuvası olduğu hər kəsə məlum olan həqiqət idi


"İranın Bakıdakı səfirliyinin casus yuvası olduğu hər kəsə məlum olan həqiqət idi. Bütün təxribat və sui-qəsd göstərişlərinin ölkə daxilində olan İran casus şəbəkəsinə verildiyi yer bu səfirlikdir. Görünən odur ki, Azərbaycan dövləti nəhayət ki, bunu elan etməyə məcbur oldu. Çünki öncələrdən bu məlum olsa da, Azərbaycan dövləti əlavə gərginlik yaratmamaq üçün ciddi addımlar atmaq istəmirdi".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O qeyd edib ki, bəlkə İran rejimi öz hərəkətlərindən peşman olar, qonşu və daxilində milyonlarla soydaşımız yaşadığı üçün dolayısı ilə qardaş dövlət olduğumuzu xatırlayıb düşmənçilik fəaliyyətlərinə son qoyar deyə etmirdik və gözləyirdik:

"Amma göründüyü kimi İran molla rejimi tək qonşuluq, din birliyi kimi amilləri tapdalamadı, eyni zamanda, mənəviyyatdan, əxlaqdan kənar addımları ilə Azərbaycanı məcbur etdi ki, hələlik 4 diplomatını arzuedilməz şəxs elan etsin və ölkədən qovsun".

Azər Qasımov deyib ki, bunun özü elə İran rejimi üçün alçaldıcı addımdır:

"Özünü Azərbaycandan "güclü" və "ağıllı" hesab edən "böyük" İranın kəşfiyyat orqanlarının casuslarını kiçik gördükləri Azərbaycan kəşfiyyat orqanları ifşa edib, ölkədən rədd edirlər".


Anar
Xəbəri paylaş