Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın siyasətində, Azərbaycanın yanında durmaq yoxdur

İranın siyasətində, Azərbaycanın yanında durmaq yoxdur


"Son dönəmlərdə İranın ölkəmizə qarşı aqressiv siyasəti ətrafında, mətbuatda bir çox aspektlərdən yanaşmalar və şərhlər verilməkdədir".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri sələndirən siyasi ekspert Çingiz Şahbazinin qənaətincə, İran çalışır ki, Azərbaycanı yeni bir münaqişəyə çəksin:

"Azərbaycanı qonşu ölkələrlə münasibətlərdə aqressiv göstərməyə cəhd edən İran, regionda olub bitənlər fonunda problemlərin məhz Azərbaycandan qaynaqlandığına dair beynəlxalq aləmdə mənfi rəy yaratmağa hesablanmış siyasət həyata keçirir. Ölkəmiz haqqında mənfi təsüratlar yaratmaq planı, əslində Ermənistanın əlinə oynamaqla yanaşı, həmçinin Türkiyə və Azərbaycanın gələcəkdə bölgə üçün planlaşdırdıqları geosiyasi və geoiqtisadi lahiyələrin qarşısını almağa yönəlib".

O bildirib ki, İsrail dövlətinin ölkəmizə qarşı dostluq və xoş münasibətlərindən dolayı, İsraildə səfirliyimizin açılması, İranı bərk narahat etdi:

"Səfirliyimizin açılması İran parlamentində tənqid və təhdidlərlə dolu müzakirə obyektinə çevrildi. Ölkəmizi İslam Əməkdaşlıq Təşkilatına şikayət etməyə hazırlaşan İran molla rejimi, nədənsə məsçidlərimizdə donuz saxlayan qardaş hesab etdikləri Ermənistanın, üç il öncə İsraildə açmış səfirliyi haqqında bu qədər aqressivlik nümayiş etdirmədi. Çünki İranın siyasətində, Azərbaycanın yanında durmaq yoxdur. Əsla ölkəmizi və xalqımızı dost hesab etmir və çirkin planlarını həyata keçirmək üçün Ermənistanla və digər Türk İslam düşmənləri ilə iş birliyi içərisində yer almaqdadır".

Anar
Xəbəri paylaş