Əziz həmvətənlər, son günlərdə biz Fars terrorçu rejiminin Azərbaycana qarşı düşmənçiliyinin, casus "İran şəbəkəsi" vasitəsilə təxribat cəhlərinin şahidiyik. Mollakratiya neçə vaxtdır “Kərimə dövləti” adlı terrorçu cərəyanla xəyanətkar, qorxulu ünsürləri Azərbaycana qarşı yönəldib. İslam İnqilabı Qvardiyasının “Qüds”ə bağlı “Hüseyniyun” terror qruplaşması “Kərimə dövlət” adlı kitab da nəşr edərək faktiki olaraq Azərbaycana qarşı ideoloji müharibə elan edib.
İslam tarixində heç vaxt Kərimə adında bir dövlət, nəzəriyyə, ya hansısa bir dini-siyasi cərəyan olmayıb və bu da Xomeneyinin, SEPAH-ın terrorçu proyektlərindən biridir. Fars-erməni masası müxtəlif ölkələrdəki terrorçu qrupları, hətta İŞİD-dən də təhlükəli birlikləri “Kərimə” adı altında Azərbaycana qarşı birləşdirməyə çalışır. Bu prosesdə isə Qumda, Tehranda dini təhsil almış xain və satqın Azərbaycan vətəndaşları qabağa salınıb.
Xalqımızın böyük bir qisminə, eləcə də Təbrizdə, Cənubda yaşayan soydaşlarımıza məişət həyatlarından yaxın tanış ifadə olan gərmənin, təzəyin nə demək olduğu yaxşı məlumdur. Kərimə deyəndə kənd camaatının gözləri önünə gərmə, təzək gəlir, başa düşülür. Mollakratizmin başı təzək kimi işlədiyindən, dövləti bu ağılla idarə etdiyindən Gərmə kimi terror təşviqatlarından başqa yollar tapa bilmirlər.
Ümumiyyətlə, Tehran molla rejimi ağlına gələn məişət adətlərini dövlət siyasətinə gətirməklə nə qədər zavallı və yazıq olduğunu göstərir. Vaxtilə onlar Xəzər dənizinə Mazandaran deyərək, hətta bunu dövlət rəhbərləri ilə görüşdə dilə gətirirdilər. Ulu öndər Heydər Əliyev qəti şəkildə bu ifadəni işlətməyi onlara qadağan edərək ağızlarını yummağa məcbur etmişdi. İndi də Kərimə-Gərmə kimi xəcalət doğuran fikirlərlə özlərini gülüş və ikrah obyektinə çevirirlər.
Görün Molla rejimi nə qədər dinsiz və şərəfszidir ki, müqəddəs kitabımız “Qurani-Kərim”in adından öz murdar niyyətləri üçün istifadə edir.
Əziz həmvətənlər, biz İranın müxtəlif dövlət rəsmilərinin, deputatlarının, ayətullahlarının Azərbaycanın əleyhinə açıq fəaliyyətlərinin neçə müddətdir ki, şahidiyik. İranın Bakıdakı Mədəniyyət mərkəzinin, müxtəlif ictimai-mədəni qurumlarının, eləcə də səfirlik əməkdaşlarının bu fəaliyyətin arxasında dayanması sirr deyil. Biz hələ ötən il İranın Bakıdakı Mədəniyyət mərkəzinin rəhbəri Əliəkbər Ocaqnejadın Azərbaycandakı “İran şəbəkəsi”nin koordinasiya edilməsində rolunu görmüşdük.
Son zamanlarda isə İran kəşfiyyatının Azərbaycandakı casuslarlını zəruri təlimatlarla və tapşırıqlarla təmin edilməsində Bakıdakı səfirliyinin də köməyindən istifadəyə dair çeşidli məlumatlar yayılır, hətta bir sıra tapşırıqların icrasında Səfirliyin mərkəz və icraçı imkanlarından, avtomobilindən istifadə edilməsinə dair məlumatlar öz təsdiqini tapır. İranın 4 diplomatının “persona-non-qrata” elan edilməsi də bunun göstəricisidir.
Yaxşı olaradı ki, Tehran bunları nəzərə alsın, yoxsa bu düşmənçiliklə Bakıdakı səfirliyinin də bağlnmasına səbəb olacaq. Biz bunu istəməzdik, iki ölkənin xalqı arasında tarixi yaxın qonşuluq, mehriban münasibətlər mövcuddur, hər iki ölkənin camaatı davamlı gediş-gəlişlə mehriban qonşu şəraitində yaşayır. Ona görə də Tehran rejimi bu arzuolunmaz fəaliyyəti ilə iki ölkənin xalqına da zərər vurmuş olur.
Əziz həmvətənlər, bu həssas günlərdə hər birinizdən olduqca ayıq və dini təfriqələrə, təxribatlara qarşı sayıq olmağınızı tövsiyə edirəm. Bu şəraitdə hər birimiz vətəndaş olaraq ikiqat məsuliyyət daşıyaraq dövlətçiliyimizin və Cənab Prezidentin ətrafında daha sıx birləşməli, Mollakratiyanın bu məkrli planlarını ifşa etməliyik.
Və Tehran anlamalıdır ki, 50 milyonluq Azərbaycan Türkü ayaqdadır. 10-15 nəfər casusa arxayın olub, təxribatlarını yığışdırsın, xain fitnə-fəsad öz başında çatlayacaq.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki