Gaziantep Böyükşəhər Bələdiyyəsi, 100 min velosiped paylama layihəsi çərçivəsində Qaziantep Valiliyi ilə əməkdaşlıq edərək ehtiyacı olan daha 30 min ailəyə velosiped paylamağa başlayıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı habber7.com verib.
Belə ki, ehtiyacı olan ailələr üçün Ərtoğrul Qazi İdman Salonunda və Karacaahmet Vehbi Dinçerler İdman Salonunda gündəlik 500 velosiped paylanır. Bu günə qədər cəmi 12 min velosiped ehtiyacı olan ailələrə verilib.
Bildirilib ki, velosiped paylamaları qarşıdakı dövrdə də tələbə, müəllim, imam və bələdiyyə işçilərindən ibarət qruplar şəklində davam edəcək. Vətəndaşlar velosipedlərini paylama məntəqələrindən onlara göndərilən SMS vasitəsilə ala biləcəklər.
Mehman