Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi Azərbaycan icması UNESCO ilə əməkdaşlığa hazırdır

Qərbi Azərbaycan icması UNESCO ilə əməkdaşlığa hazırdır


“Azərbaycanın 44 günlük müharibədə qələbəsi həm keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, həm də icma üzvlərinin Qərbi Azərbaycana qayıtması üçün yeni imkanlar yaradıb”.

Newscenter.az xəbər verir ki, bunu Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.

Əhliman Əmiraslanov vurğulayıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın mədəni və dini irsinə aid bütün izləri hər yolla məhv edir: "Üstəlik İrəvanda qorunub saxlanmış yeganə məscid - Göy məscid “fars məscidi” kimi təqdim edilir. Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin dağıdılması hüquqlarımızı pozur. Biz beynəlxalq təşkilatları Ermənistandan mədəni dəyərlərimizin qorunub saxlanmasına görə məsuliyyətli olmağı tələb etməyə çağırırıq”, - Əhliman Əmiraslanov bildirib.

O, həmçinin vəziyyəti qiymətləndirmək üçün Ermənistana xüsusi missiya göndərməyə çağırıb və Qərbi Azərbaycan İcmasının UNESCO ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Xəbəri paylaş