Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Rusiyaya ikinci cəbhə açmaq niyyəti

Qərbin Rusiyaya ikinci cəbhə açmaq niyyəti


"Bir ildən çoxdur davam edən və mənfi təsirləri bütün dünya üzrə hiss olunan Rusiya-Ukrayna müharibəsi artıq tamamilə ABŞ və müttəfiqlərinin nəzarəti altındadır. Yəni iplər Qərbin əlindədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, münaqişənin Rusiya seqmentinə nəzər salsaq görərik ki, Kreml hərbi-siyasi rəhbərliyi üçün proseslər arzu olunan məcrada inkişaf etmir:

"Ordu qarşıya qoyulan vəzifələrin icrasını təmin edə bilmir. Hər hansı bir kiçik əməliyyat belə onlarla texnika və canlı qüvvə itkisi ilə yekunlaşır və hiss olunur ki ölkə iqtisadiyyatı müharibənin yükünü daşımaqda çətinlik çəkir. Əlavə olaraq hərbi elita ilə özəl hərbi şirkət olan Vaqner rəhbəri Priqojin arasında da münasibətlər kifayət qədər gərgindir və tərəflər bir-birilərini ittiham etməklə uğursuzluqlarını sığortalamaq üçün çalışır. Rusiya ordusu maddi-texniki təminat baxımından da əhəmiyyətli dərəcədə sıxıntılar çəkir. NATO Kiyevi ən müasir avadanlıqlarla, xüsusilə tanklarla təmin etdiyi dönəmdə Rusiya T 54,T 55, T 64 kimi istifadədən çıxarılmış köhnə nəsil döyüş tanklarını aktiv edərək müharibə zonasına göndərir. Onları isə dünyanın ən müasir tankları olan Lopartlar, Abramslar, Chelengerlər gözləyir".

AVP rəsmisi deyib ki, Rusiyanı narahat edən digər bir məsələ isə Qərbin ikinci bir cəbhə açmaq istəyidir:

"Rəsmi Moskva hesab edir ki, NATO Gürcüstan və Moldova üzərindən də Rusiya əlehinə yeni bir cəbhənin açılmasını istəyir və bunla Rusiyanı tamamilə zəiflətməyi planlayır. Əslində Şimal Alyansının baş katibi Yens Stoltenberg son çıxışlarında bu mövzunu gündəmə daşımışdır. Yəni Rusiyanın narahatlıqları əbəs deyil Ukrayna tərəfi isə Qərbdən aldığı dəstəylə əks hücumlara hazırlaşmaqda davam edir. Rusiya ordusundan fərqli olaraq Ukrayna ordusu çox məntiqlə və peşəkarlıqla hərəkət edərək işğalçıları zəiflətməyi bacarır. Ukrayna silahlı qüvvələri təxminən 9 aydır ki, Baxmut istiqamətində qarşı tərəfə minlələrlə itgi verdirib və bu say hər gün artmaqdadır. Ukrayna komandanlığı bilərəkdən Baxmutda anlaşılmaz vəziyyət yaratmaqla böyük əks hücüm əməliyyatları qabağı qarşı tərəfi maksimum dərəcədə zəiflətməyi planlayır və bunuda bacarır. Hesab edirəm ki, çoxda uzaq olmayan zamanlarda müharibə ətrafında həll edici proseslərin start verəcəyi dəqiqdir".

Mehman
Xəbəri paylaş