Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son hədəf, məqsəd Bütöv Azərbaycandır

Son hədəf, məqsəd Bütöv Azərbaycandır


"Sözsüz Rusiyanın Ukraynada apardığı müharibə dünya da və eləcə də bir başa Cənubi Qafqazda yeni düzənin formasını müəyyən edən prosesdir. Ukrayna prezidenti Volodimir Zelenskinin Polşaya rəsmi səfərindən sonra Ukraynanın parçalanması ilə bağlı dövrəyə buraxılmış informasiya özlüyündə əsasız və təxribat xarakterli olsa da bir çox məqamlar barədə ciddi düşünməyə məcbur etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Dadaşov səsələndirib. Onun sözlərinə görə, artıq mübahisəsiz bəllidir ki, ümumən Avropa Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsinə, məsələnin siyasi-diplomatik yolla həllinə maraqlıdlr, ancaq Avropa özü də istəmədən bu müharibədə tərəf olduğundan axarı dəyişməyə imkanı yetmir:

"Müharibənin uzanması ümum Avropa maraqlarına zidd olsa da ABŞ-ın geosiyasi maraqlarını əks etdirir. Keçmiş ABŞ prezidenti Bill Klinton bu günlərdə verdiyi açıqlama Rusiya Ukrayna müharibəsinin yaxın dövrdə bitməyəcəyini göstərir. Klinton SSRİ-nin dağılmasından sonra Ukraynanın nüvə silahından imtina etməsində özünün şəxsinin və ABŞ-ın verdiyi qarantiyasını xatırladıb. Son günlərdə Ukraynanın əks hücuma keçəcəyi haqqında informasiya və eləcədə Ukraynanın Krım haqqında planları barədə bəyanatı vəziyyətin daha da ağırlaşacağını və Rusiyaya qarşı beynəlxal təzyiqin daha da artacağını göstərir. NATO-nun Finladiya timsalında Rusiya sərhədinə gəlməsi, İsveç məsələsi həqiqətən Rusiya üçün çox çətin sınaqlı dövrün başladığını göstərir".

Vüqar Dadaşov deyib ki, bütün qeyd edilənlər fonunda Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərini qorumaqda maraqlı olacaq:

"Baxmayaraq ki, Rusiya heç bir zaman Qarabağ məsələsinin tam həllinə maraqlı olmasa da Azərbaycanın apardığı siyasətə, keçirdiyi əməliyyatlara mane olmayacaq, daha doğrusu ola bilməyəcək. Azərbaycan Ordusunun Laçın-Xankəndi yolu və ətraf ərazilərdə, yüksəkliklərdə keçirdiyi əməliyyat buna misaldır. Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paçinyana zəng etməsi və eləcə də Türkiyə prezidenti Ərdoğanın İranın prezidenti Rəisi ilə telefon danışığı sözsüz ki, bir-biri ilə əlaqəli mövzudadır. Əsas mövzunun Zəngəzur dəhlizi olduğu şübhəsizdir. İran Azərbaycan münasibətlərinin kritik həddə kəskinləşməsi fonunda Ərdoğan Rəisi arasında danışıq müəyyən yumuşalmaya xidmət edə bilər. Dünya güclərinin Zəngəzur dıhlizinə maraqlı olduğu halda yeganə İranın müqaviməti çix çəkən deyil. Nəzərə alsaq ki, İsrail də İrana qarşı hərbi müdaxiləyə başlayacağını açıqlayıb. Təbii ki, iran bu təzyiqlər, sınaqlar qarşısında Zəngəzur dəhlizinə, Ermənistan Azərbaycan arasında sülhün əldə edilməsinə mane ola bilməyəcək. Proseslər yaxın dövrdə Azərbaycanın öz hədəfinə çatacağına əminlik yaradır. Son hədəf, məqsəd isə Bütöv Azərbaycandır".

Anar
Xəbəri paylaş