"Bir ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi beynəlxalq aləmdə təlatümlər törədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan davamlı olaraq rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Voldomir Zelenski ilə əlaqə saxlayır".
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Çavuşoğlu deyib ki, bu günlərdə Brüsseldə Ukraynanın xarıcı işlər naziri Dmitri Kuleba ilə də görüşüb və problemin yoluna qoyulmasını müzakirö edib:
"Bu gün rusiyalı həmkarım Sergey Lavrovla taxıl dəhlizini müzakirə etdik. İstanbul taxıl müqaviləsi danışıqlarının ötən müddət ərzində nəticə verdiyini göstərir. Biz sazişin davam etdirilməsinə önəm veririk. Bu, dünya ərzaq böhranı üçün də vacibdir"
Türkiyə XİN rəhbəri deyib ki, görüşdə Suriyada cərəyan edən proseslər də müzakirə olunub.
Mehman