Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəkil etikası necə olmalıdır? -ÖZƏL

Vəkil etikası necə olmalıdır?


Bir sıra hallarda vəkillə onun müdafiə etdiyi tərəf, yaxud məhkəmə ilə vəkil arasında problemlər yaşanır. Adətən belə hallarda tərəflər qarşılıqlı olaraq bir-birini ittiham edir. Bəs, görəsən vəkillər etika baxımdan necə davranmalıdırlar?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova Newscenter.az-a deyib ki, vəkil peşə fəaliyyətini həyata keçirərkən Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalıdır:

"Bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir".

İnqilab
Xəbəri paylaş