Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Bəhruz Məhərrəmov şəhid anasını ziyarət edib-FOTOLAR

Deputat Bəhruz Məhərrəmov şəhid anasını ziyarət edib-FOTOLAR


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov şəhid Rauf Babayevin anası Solmaz Babayevanın müraciəti ilə əlaqədar onu evində ziyarət edib.

Newscenter.az-ın xəbərinə görə, Biləsuvarın Amankənd kəndində yaşayan Solmaz Babayeva digər oğlunun işə düzəlməsi üçün millət vəkilindən kömək göstərməsini xahiş edib.

Deputat Bəhruz Məhərrəmov bildirib ki, gələn həftənin ilk günlərində artıq şəhid anasının xahişini rəsmi qaydada aidiyyəti strukturlara çatdıraraq, məsələyə həssas yanaşılmasını xahiş edəcək.

Qeyd edək ki, Rauf Babayev (23 may 1971) Amankənd kəndində doğulmuş və Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.

Anar
Xəbəri paylaş