"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin "Gənclərin inkişafı" layihəsi çərçivəsində zoom proqramı vasitəsilə onlayn görüş keçirilib.
Qeyd edək ki, "Gəncliyin inkişafı" layihəsinin budəfəki qonağı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev olub.
Newscenter.az xəbər verir ki, görüş "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin" sədri Tural Nurməmmədovun tədbir iştirakçılarını salamlayıb layihə çərçivəsində keçirilən tədbirlərin gənclərin inkişafı və sosiallaşmasında mühüm rol oynadığını vurgulaması ilə başlayıb.
Daha sonra Fəsli Nəbiyev ilkin olaraq tədbir iştirakçılarını salamlayaraq gənclərlə təşkil olunan bu görüşün əhəmiyyətli olduğunu bildirib.
Fəsli Nəbiyev müasir gəncliyimizin uğurlu olması üçün atmalı olduğu addımlardan, ölkəmizin parlaq gələcəyi naminə fərdlərin cəmiyyət üçün necə faydalı işlər görə biləcəyi barəsində çıxış edib.
Fəsli Nəbiyev sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırb.
Anar