Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edib.

Newscenter.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ASCO-nun rəhbər şəxsləri, əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrinin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Sevinc
Xəbəri paylaş