Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.
Newscenter.az-ın məlumatına görə, “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.
Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.