Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?


Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.

Sevinc
Xəbəri paylaş