Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mircəlal Paşayevin 115 illik yubileyi münasibətilə tədbir keçirilib-FOTOLAR

Mircəlal Paşayevin 115 illik yubileyi münasibətilə tədbir keçirilib-FOTOLAR


Bakı Dövlət Universitetində Mircəlal Paşayevin 115 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Türk dünyasından – Qırğızıstan, Özbəkistan və Türkmənistandan qonaqlar iştirak edib.

Tədbirin BDU-da keçirilməsinin xüsusi əhəmiyyəti var idi. Mircəlal Paşayev ömrünün 45 ilini bu universitetə həsr edib.
Tədbirdən öncə rektor qonaqlarla xüsusi görüş keçirmişdir. Tədbir zamanı Mircəlal Paşayevin qızı Ədibə xanım çıxış edib.

Tədbirə gələnlər arasında Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik bəy də iştirak edib.

Tədbirdə çıxış edən Fikrət Əliyev Mircəlal Paşayevin Azərbaycan elminə töhfəsindən, Türk dünyası adına necə önəmli şəxs olduğundan danışıb.



Anar
Xəbəri paylaş