Bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.
Newscenter.az-a verilən məlumata görə, buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərinin davam etdirilməsidir.
Tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə vətəndaşlara öncədən təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 28-30-u aralığında keçiriləcək.
Natiq