Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hepatoloq Aysel Əskərova: "Çox vacibdir ki, kəskin çəki itkisinə məruz qalan xəstələrin qaraciyəri fibroz mərhələsinə görə dəyərləndirilsin"

Hepatoloq Aysel Əskərova: "Çox vacibdir ki, kəskin çəki itkisinə məruz qalan xəstələrin qaraciyəri fibroz mərhələsinə görə dəyərləndirilsin"


"Çox vacibdir ki, kəskin çəki itkisinə məruz qalan xəstələrin qaraciyəri fibroz mərhələsinə görə dəyərləndirilsin".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova səsləndirib. O bildirib ki, bariatric əməliyyat sonrası və ya ümumən kəskin çəki itkisi baş verən xəstələrdə qaraciyərin yağlanması vardırsa, bu daha da arta bilər və bu artış kardiovaskular xəstəliklərin yaranmasına səbəb olmaqdadır. Bütün bu prosesslər səssiz formada gedə bilir:

"Xəstə ≥ F2 mərhələsindədirsə, bu zaman müalicə başlamaq lazımdır. Bu mərhələdə olan xəstələrdə ALT,AST çox da informatik deyil. Yəni 70% xəstələrdə normal dəyərlərdə ola bilər və bu səssiz gedən prosess kardiovaskular xəstələr üçün çox təhlükəlidir".

Aysel Əskərova deyib ki, fibrotik markerlərə qanda baxdıqdan sonra fibrozun mərhələsini müəyyən etmək üçün keçici elastoqrafiya (TE) və Maqnit rezonans elastoqrafiyasından istifadə etmək olar.

NEWSCENTER.AZ
Xəbəri paylaş