Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişi voleybolçuların I Liqasında bürünc mükafatçı bəlli olub

Kişi voleybolçuların I Liqasında bürünc mükafatçı bəlli olub


Bu gün "Murov" voleybol klubunun idman zalında təşkil olunan üçüncü yer uğrunda görüşdə "Kapitalist" və "Hərbi İnstitut" komandaları üz-üzə gəliblər.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, qarşılaşmaya daha yaxşı başlayan “Hərbi İnstitut" ilk seti 25:21 hesabıyla qalib başa vurub. Növbəti hissə daha gərgin keçib. "Kapitalist"in ciddi müqavimətinə baxmayaraq, bu set də "hərbçilər"in üstünlüyü ilə yekunlaşıb - 26:24. Sonrakı hissə isə matçda sonuncu olub. "Hərbi İnstitut" 25:18 hesabı ilə qalib gələrək quru hesablı qələbəsini rəsmiləşdirib və yarışın bürünc medallarına sahib çıxıb.

Qeyd edək ki, I Liqanın finalında “Express" və "Təhsil" komandaları yarışın qalibini müəyyən edəcəklər. Həmin oyunun keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.

Oruc
Xəbəri paylaş