Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 il əvvəl Azərbaycan xalqı Cənab İlham Əliyevə yenidən etimad göstərməklə ölkənin inkişafı, tərəqqisinə səs vermiş oldu -ÖZƏL

5 il əvvəl Azərbaycan xalqı Cənab İlham Əliyevə yenidən etimad göstərməklə ölkənin inkişafı, tərəqqisinə səs vermiş oldu


“5 il əvvəl bu günkü tarixdə Azərbaycan xalqı, ölkə vətəndaşları bir daha dövlətimizin siyasi cəhətdən sabit şəkildə inkişafı, tərəqqisi, eyni zamanda gələcək uğurlarımıza səs vermiş oldu”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. 2018-ci il, aprel ayının 11-də keçirilən növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevin 86,02 faiz səslə seçkilərin qalibi olduğunu deyən millət vəkili bununla da ölkəmizin inkişaf tarixində yeni bir mərhələnin başlandığını diqqətə çatdırıb:

“Bu inkişaf tarixində isə özünəməxsus yeri təbii ki, 44 günlük Vətən müharibəsi tutur. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə dövlət başçısı təkcə Azərbaycanın hərb tarixi deyil, eyni zamanda dünya hərb tarixinə öz möhürünü vurmuş oldu. Cənab İlham Əliyev təkcə yeni tarix yazan sərkərdə kimi deyil, eyni zamanda Cənubi Qafqazda yeni reallıqlar yaradan və dünyanı da bu reallıqlarla barışmağa məcbur edən dövlət başçısı kimi özünü təsdiqlədi”.

İqbal Məmmədov onu da deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilən ərazilərdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsi və artıq bir neçə şəhər və rayona məcburi köçkünlərin köçürülməsi onu deməyə əsas verir ki, Cənab İlham Əliyevin prezidentliyi dövründə iqtisadi sahədə də çox uğurlu addımlar atılıb və iqtisadi sahədə həyata keçirilən düşünülmüş, eyni zamanda uğurlu siyasətin nəticəsini bu gün azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı isnfrastruktur layihələrində görürük:

“Ümumiyyətlə, Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilə yaxın müddət ərzində ölkəmiz bütün sahələrdə dinamik inkişaf, tərəqqi ilə yadda qalıb. Bu inkişaf isə öz növbəsində vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, onların bu və ya digər problemlərinin tədricən aradan qaldırılmasına öz müsbət təsirini göstərib. Hər şeydən əvvəl isə Azərbaycan sabitlik məkanı kimi tanınıb. Ölkədə uzun müddətli ictimai-siyasi sabit vəziyyət hökm sürür. Bütün bunları nəzərə alaraq Azərbaycan vətəndaşı da məhz sabit siyasi mühitdə ölkənin inkişaf etdirilmısindən yanadır və bu inkişafın davam etdirilməsi, ölkənin tərəqqisi üçün 2013-cü ildən etibarən hakim Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə öz dəstəyini nümayiş etdirir”.

Anar
Xəbəri paylaş