"Nə qədər ki, münaqişə tərəfləri, Ermənistan və Azərbaycan arasında dayanıqlı sülh müqaviləsi bağlanmayıb, nə qədər ki, Ermənistan nəhayət rahat yaşamı vacibliyini qonşusu Azərbaycanla sülh və dinc yaşamada görmür, nə qədər ki, bu münaqişəyə maraqlı 3-cü ölkələr ortadadır, bu qarşıdurmalar davam edəcək. Özü də hər dəfə Ermənistanın xeyli itkisinə və zərərinə olmaqla".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq İlqar Altay Laçın istiqamətində Ermənistanın törətdiyi növbəti təxribat barədə fikirlərini bölüşərkən səsləndirib. O bildirib ki, bu günkü atışmada Ermənistan tərəfi Azərbaycanın ordusuna qarşı İranın ağır silahlarından və dronlarından istifadə edib:
"Xəbər təsdiqini tapsa, çox mətləblər aydın olar. Görünür, cənub-şimal qonşular Ermənistan və Azərbaycan arasındakı sülhə qarşı israrlıdırlar".
Mehman