Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin ABŞ və Avropa bazarını Rusiyaya qurban verə bilməz -ÖZƏL

Çin  ABŞ və Avropa bazarını Rusiyaya qurban verə bilməz


Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə edilən Pekin-Moskva yaxınlaşması belə beynəlxalq rəy formalaşdırıb ki, Çin yaranmış vəziyyətdən istifadə edərək Rusiya ilə Birləşmiş Ştatlar və Qərbə qarşı ittifaq yaradır. Ancaq bunun əksini də düşünənlər var. Bildirilir ki, sadəcə Çin ABŞ və Qərblə mübarizədə əlinin güclənməsi üçün Rusiyadan vasitə kimi istifadə edir.

Pekin-Moskva yaxınlaşması ilə bağlı fikirlərini bölüşən siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a bildirib ki, Çinin ABŞ və Avropa ölkələri ilə ticarət dövriyyəsi 1 trilyon dolların üzərindədir. Onun sözlərinə görə, Rusiya ilə bu rəqəm 200 milyard dolların altında təşkil edir:

"Rusiya-Ukrayna müharibəsi, iqtisadi ticari əlaqələrin inkişaf perspektivləri baxımından, ən çox Cinə öz təsirini göstərib. Çin həqiqi mənada bu müharibənin bir an tez olaraq sona çatmasında maraqlı görünür. Bunun üçün də 12 maddəlik sülh planı hazırlayan Çin hökuməti, əslində Rusiyanın yanında deyil, müharibənin tez bir zamanda bitməsini təmin etməyə çalışır".

Ekspert deyib ki, Çinin inkişaf planında kiminsə yanında yer tutmaq kimi istəkləri yoxdur, amma ticari əlaqələrin genişləndirilməsi baxımından çox böyük səyləri vardır:

"Məhz bu səbəbdən və bu prizmadan bəzi geopolitik maraqları nəzərdən keçirsək, görərik ki, Çin hökuməti heç bir zaman ABŞ və Avropa bazarını Rusiyaya qurban verə bilməz. ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır. Bu həmçinin Çinin maraqları ilə ziddiyyət təşkil edir. Çinin gələcək günlərdə batmaqda davam edən Rusiyaya köməkliyi, Moksvaya qarşı ciddi şərtlər çərçivəsində ola bilər. Bu isə Rusiyanın böyük torpaqlarının kiçilməsinə səbəb ola biləcək ehtimallarını artırmaqdadır".

Anar
Xəbəri paylaş