"Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması, bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması, Ermənistanın son zamanlar yürütdüyü siyasətlə bağlıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Ermənistan baş naziri N.Paşinyanın provokativ açıqlamaları yeni təxribatların vəinsidentlərin qaçılmaz olduğunu göstırirdi:
"Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Erməniatanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Ermənistan rəhbərliyi belə hesab edir ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb".
Ədalət Verdiyev vurğulayıb ki, şəhidlırimizin qanı yerdə qalmır:
"Ermənistana növbəti təxribatına və cinayətinə görə layiqli cavab verilir. Düşmən itkilər verir. Allah qəhrəman Ordumuzu qorusun!"..
Anar