Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Ermənistanı hərbi aventuraya təhrik edir -ÖZƏL

İran Ermənistanı hərbi aventuraya təhrik edir


Bu gün Laçın istiqamətində mövqelərimizin atəşə tutulması və baş verən növbəti erməni təxribatının Tehran-İrəvan hərbi əməkdaşlığından meydana gəldiyi artıq danılmaz faktdır. Azərbaycan Ordusunun mövqelərinin məhz İrana məxsus texnikalardan atəşə tutulması, eyni zamanda lokal döyüşlərin getdiyi müddət ərzində İrana məxsus PUA-ların Azərbaycanla sərhəddə kəşfiyyat uçuşu həyata keçirməsi deyilənləri tam təsdiqləyir ki, Ermənistanı yeni müharibəyə təhrik edən tərəf məhz İrandır. Elə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də bu qənaətdədir.

Newscenter.az-a verdiyi açıqlamada AVP rəsmisi deyib ki, İran Ermənistanı hərbi aventuraya təhrik edir. Onun sözlərinə görə, Ermənistan ordusu təxribatlar zamanı silahlı qüvvələrimizə qarşı İran istehsalı kamikadze dronlardan istifadə edib ki, bu da söylənilən iddiaları təsdiq edir:

"Biz dəfələrlə Tehran rəhbərliyinin Ermənistana hərbi dəstək verməsindən bəhs etmişdik. Səbəb isə Azərbaycan düşmənçiliyidir. Qeyd etmişdik ki, İran Ermənistanı hərbi aventuraya təhrik edir. Bu gün düşmən tərəfindən məlum sistemlərin istifadə edilməsi təxribatlarda İran faktorunun olmasını dəqiqləşdirir. Görünən odur ki, İran Azərbaycana qarşı Ermənistan kartından istifadə edir".

Anar
Xəbəri paylaş