Yunanıstanın paytaxtı Afinada ictimai nəqliyyat iflic olub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb avtobus sürücülərinin aksiya keçirərək işə çıxmamalıdır.
Sürücülər hökumətdən onlar üçün əlavə təhlükəsizlik tədbirləri görməsini, kadrların daimi işlə təmin olunmasını, avtobus parkının yenilənməsini tələb edirlər. Sürücülərin işə çıxmaması səbəbindən şəhər əhalisi bu səhər işə piyada getməli olublar.
Hələlik hökumət aksiya iştirakçılarının tələblərinə hər hansı bir münasibət bidirməyib.
Mehman