Türkiyənin Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Muharrem İncə, müxalifətin təmsil olunduğu "altılı masa"nı sərt şəkildə tənqid edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, İncə "İttifaqlar qurularkən və anlaşma memorandumu hazırlayarkən bizə məhəl qoyulmadı" deyərək sözügedən ittifaqın perspektivinə də inanmadığını deyib.
"Biz ittifaqlara qarşı deyilik, amma ittifaqların onurğası olmalıdır. Altılı masanın onurğası yoxdur" deyən Muharrem İncə, CHP-nin deputat siyashısını da etirazını ifadə edib. İncə CHP-nin deputat siyahısına işarə edərək “TBMM-də iki AK Partiya olacaq” deyə sözlərinə yekun vurub.
Mehman