Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşaya keçən ukraynalı qaçqınların sayı 11 milyonu ötdü -ÖZƏL

Polşaya keçən ukraynalı qaçqınların sayı 11 milyonu ötdü


Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər Polşaya keçən ukraynalı qaçqınların sayı 11 milyonu ötüb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Polşa Sərhəd Mühafizəsi Xidməti çıxış edib.

Qurumun Twitter hesabından edilən paylaşımda təkcə aprelin 10-u tarixində Ukraynadan Polşaya 20 min nəfərin keçdiyi qeyd edilib.

Bu müddət ərzində Polşanı tərk edib Ukraynaya qayıdan, yaxud digər ölkələrə üz tutan ukraynalıların sayı isə 9 milyon 259 min nəfər təşkil edib.

Polşanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə isə, Ukraynadan Polşaya keçənlərin 87 faizi qadın və uşaqlardır.

Mehman
Xəbəri paylaş