Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Qazaxıstan səfəri Bakının Mərkəzi Asiya və Türk dövlətləri ilə yaxınlaşma strategiyasının tərkib hissəsidir -ÖZƏL

Prezidentin Qazaxıstan səfəri Bakının Mərkəzi Asiya və Türk dövlətləri ilə yaxınlaşma strategiyasının tərkib hissəsidir


"Azərbaycan Prezidentinin Qazaxıstana səfər etməsi Azərbaycanın Mərkəzi Asiya və Türk dövlətləri ilə yaxınlaşma strategiyasının tərkib hissəsidir. Xüsusən Qazaxıstan Azərbaycan üçün strateji bir önəm kəsb edən dövlətdir. Nəzərə almaq lazımdır ki, Qazaxıstan orta dəhlizin əsas tranzit ölkələrindən biridir, karbohidrogen yataqlarla zəngindir. Çinlə sərhəd olan Qazaxıstan Xəzər dənizi üzərindən Azərbaycan vasitəsi ilə Avropaya çıxış əldə edir. Bütün bunları həyata keçirmək üçün isə iki ölkə arasında ticarət dövriyyəsi və iqtisadi əməkdaşlıq genişləndirilməldir,

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, prezidentlərin görüşündə bu məsələlər geniş müzakirə olundu:

"Bunlarla yanaşı Azərbaycan Prezidentinin səfəri zamanı humanitar məsələlərə də geniş yer ayrılmışdır, bu isə Azərbaycanın Mərkəzi Asiya ölkələri və bizə qardaş olan Türk dövlətləri ilə humanitar və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar açır. Düşünürəm ki, bundan sonra bu istiqamətdə daha geniş işlər görmək üçün yeni imkanlar açılacaq".

Vüqar Əhmədov hesab edir ki, bu prosesdə təkcə dövlət qurumları deyil, xalqlar və vətəndaş cəmiyyəti də fəal olmalı və yaxınlaşma istiqamətində dəstək verməlidirlər:

"Xüsusən nəzərə almaq lazımdır ki, həm dil və mədəniyyət baxımından Türkiyə və Azərbaycanla müqayisədə Mərkəzi Asiya ölkələri daha çox tarixi bağlardan qopmuşdur, indi bunları bərpa etmək üçün yaxşı fürsətlər mövcuddur".

Anar
Xəbəri paylaş