Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhəddə təxribat törədən 3 erməni hərbçi məhv edilib, xüsusi təyinatlı korpusun komandiri ağır yaralanıb

Sərhəddə təxribat törədən 3 erməni hərbçi məhv edilib, xüsusi təyinatlı korpusun komandiri ağır yaralanıb


Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.

Newscenter.az-ın məlumatına görə, “Report” “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

Bildirilib ki, Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində 3 erməni hərbçisi ölüb, çoxlu sayda hərbçi yaralanıb.

Yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.

Onun vəziyyəti ağırdır. A.Gözləyən Gorusda yerləşən tibbi mərkəzində cərrahiyyə əməliyyatı olunub.
Xəbəri paylaş