Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Ukrayna müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ


“Ukrayna Qara dənizdə yeni hücuma hazırlaşır”.

Newscenter.az-ın məlumatına görə, “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi brifinqdə deyib.

O, Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”.

Qeyd edək ki, ötən il aprel ayında Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz donanmasının “Moskva” kreyserini məhv edib. “Moskva” İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batan ən böyük hərbi gəmidir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.
Xəbəri paylaş