Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-nın cərimə metodu yenə işə düşdü -ÖZƏL

AQTA-nın cərimə metodu yenə işə düşdü


“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 20 saylı məktəb-liseydə baş verən zəhərlənmə hadisəsindən sonra tez-tələsik siyahı açıqlaması və nöqsan qeydə alınan məktəblərin adlarının qeyd olunması sadəcə daldan atılan daş topuğa dəyər misalı kimi bir şeydir”.

Newscenter.az xəbər verir ki, bu fikirlər Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin açıqlamasında yer alıb. İctimai Birliyin qənaətincə, yaxşı olardı ki, AQTA məlum zəhərlənmə hadisəsi baş vermədən əvvəl apardığı yoxlama və cərimə olunan, nöqsan aşkar edilən məktəblərin siyashını açıqlayardı:

“Nəticə etibarilə valideyn də övladının təhsil aldığı məktəbdə, eləcə də onun yemıkxanasındakı vəziyyətlə məlumatlı olar, övladının məktəbdə qidalanma üçün alternativ varinatlar barədə düşünərdi”.

İctimai Birlik hesab edir ki, 20 saylı məktəb-liseydə baş verən məlum hadisə AQTA-ya yenidən cərimə metodunu işə salmaq üçün stimul vermiş oldu:

“Ümumiyyətlə, çalışmaq lazımdır ki, birincisi, hər hansı bir problem, nöqsan, xoşagəlməz hadisə baş verməsin. Bunun üçün də hadisə baş verən ana qədər lazımı tədbirlər görmək lazımdır. Bir çox qurumlar kimi AQTA da hər hansı bir hadisə baş verəndən sonra onu malalamaq, özünü işləyən bir qurum kimi göstərməməlidir”.

Natiq
Xəbəri paylaş