Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sülh danışıqlarından çıxdığını açıq şəkildə bəyan etməlidir -ÖZƏL

Azərbaycan sülh danışıqlarından çıxdığını açıq şəkildə bəyan etməlidir


"Azərbaycan sülh danışıqlarından çıxdığını açıq şəkildə bəyan etməli və bildirməlidir ki, kiçik bir təxribat olacaqsa, ona elə güclü reaksiya göstəriləcək ki, Ermənistan bir də buna cəhd etməyə risk etməyəcək".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan ordusu sərhəd boyu ağır texnika cəməşdirməli, hər an hücüm əmri veriləcək kimi hazır dayanmalıdır:

"Ermənistan dövləti məhv olmaq istəyirsə, təxribat etsin. Artıq ermənilərin nazı ilə oynadığımız kifayətdir. Dünya birliyi də əgər Ermənistan adlı dövlətin məhv olmasını istəmirsə, onda Azərbaycana sülh üçün yalvarsınlar. Bəlkə Azərbaycan sülhə razı olar".

Anar
Xəbəri paylaş