Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Türkiyədən 30527 qeyri-qanuni miqrant deportasiya edilib -ÖZƏL

Bu il Türkiyədən 30527 qeyri-qanuni miqrant deportasiya edilib


Bu il Türkiyədə 30 527 qeyri-qanuni miqrant deportasiya edilib. Newscenter.az trthaber-ə itinadən bildirir ki, bu barədə məlumatı Miqrasiya İdarəsi Müdirliyi verib.

İdarədən bildirilib ki, 8-12 aprel tarixlərində Əfqanıstandan olan 958 immiqrant Ağrı, Ərzurum və İğdırdan 5 çarter (özəl reys) ilə deportasiya olunub.

Ümumilikdə, ilin əvvəlindən Əfqanıstana həyata keçirilən 20 çarter reysi ilə 3 min 277 nəfər, 6 min 984 nəfəri isə müntəzəm reyslə olmaqla toplam 10 min 261 əcnəbi öz ölkələrinə qaytarılıb. Hazırda isə 18 020 qeyri-qanuni miqrantın deportasiya prosesi davam edir.


Mehman
Xəbəri paylaş