Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Məscidül-Əqsada baş verən son hadisələr müzakirə olunub.
Nazir Çavuşoğlu, İsrail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kimin Məscid-i Əqsaya girməsinə icazə verməməsi qərarını gərginliyin azaldılması baxımından müsbət qarşıladığını ifadə edərək, Məscidül-Əqsada təxribatların təkrarlanmaması lazım olduğunu vurğulayıb.
O, Türkiyənin gərginliyin azaldılması üçün hər cür töhfə verəcəyini bildirib.
Mehman