Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Balkan regionunun etnik barışıq konsepsiyası Cənubi Qafqaz üçün də maraqlı ola bilər"

İlham Əliyev: "Balkan regionunun etnik barışıq konsepsiyası Cənubi Qafqaz üçün də maraqlı ola bilər"


"Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyası, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsi Cənubi Qafqaz üçün də maraqlı ola bilər".

Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib.

Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladan dövlət başçısı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir: "Azərbaycan Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış edib".

Mehman
Xəbəri paylaş