Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçdə son 34 ildə bir ilk yaşandı -ÖZƏL

İsveçdə son 34 ildə bir ilk yaşandı


İsveçdə son 34 ildə bir ilk yaşanacaq. Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu ölkədə 1989-cu ildən bəri ən böyük hərbi təlimini keçiriləcək.

“Avrora 23” adlanan təlimdə 26 minə yaxın canlı qüvvə və hərbi texnika iştirak edəcək.

ABŞ, İngiltərə, Finlandiya, Polşa, Norveç, Estoniya, Latviya, Litva, Ukrayna, Danimarka, Avstriya, Almaniya və Fransanın da qatılacağı "Avrora 23" adlı təlim barədə danışan İsveç Ordusunun polkovnik-leytenantı Henrik Larsson deyib ki, təlimin məqsədi ordunun İsveçə qarşı silahlı hücuma qarşı birgə əməliyyat imkanlarını artırmaq və regionun sabitliyinə töhfə verməkdir.

Qeyd edək ki, İsveç ən böyük hərbi təlimini 1989-cu il, aprelin 24-də keçirib.

Mehman
Xəbəri paylaş