Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz -ÖZƏL

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz


Ötən gün Laçında baş verən erməni təxribatı bir daha sübut etdi ki, Ermənistan hələ də regionda gərginlik törətməkdə maraqlıdır və İrəvan mümkün qədər sülh müqaviləsindən yayınmağa çalışır. Bu arada isə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi barədə fikirlər səslənir. Bəs görəsən, indiki məqamda Azərbaycan və Ermənistan lidürlərinin görüşü nə dərəcədə mümkündür? Yaxud, görüş baş tutsa belə tərəflər sülh müqaviləsinin imzalanmasında razılıq əldə edə biləcəklərmi?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək günlərdə ya Brüsseldə, ya da Vaşinqtonda görüşə biləcəkləriylə bağlı xəbərlər yayılıb. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı İlham Əliyevlə Nikol Paşinyanı görüşdürməkdə maraqlıdırlar:

"Rusiya və İran isə Vaşinqton və Brüsselin vasitəçiliyinin əleyhinədirlər. Rusiya və İran hesab edir ki, Vaşinqton və Brüssel bölgəyə aid olan məsələlərə qarışmamalıdırlar. Ona görə də təmas xəttindəki son təxribatın bu iki dövlətin “təşəbbüsü” ilə baş verdiyinə dair mülahizələr var. Məqsəd liderlərin Brüssel və Vaşinqtondakı görüşünü əngəlləməkdir. Azərbaycan prezidenti İlham Əliyev görüşün Brüssel və ya Vaşinqtonda keçirilməsinə etiraz etmir. Qərarı Nikol Paşinyan verməlidir. Fikrimcə, Paşinyan Brüssel və Vaşinqtonla münasibətlərdə lazımsız gərginlik yaşamamaq üçün o da görüşə razılaşa bilər".

Politoloq hesab edir ki, ancaq əsas məsələ bu deyil:

"Görüş Brüssel və ya Vaşinqtonda keçirilsə belə, nəticə nə olacaq? Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz".

Mehman
Xəbəri paylaş