Bu ilin aprelin 1-nə ölkə üzrə 1 milyon 767 min 898 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
Newscenter.az-ın “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, son 1 ildə qurumun abonentlərinin sayı 4,4 % artıb.
Bildirilib ki, abonentlərin 1 milyon 697 min 983-ü və ya 96 %-i əhali, 69 min 915-i və ya 4 %-i isə qeyri-əhali qrupu abunəçiləridir.
Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Bu ilin aprelin 1-nə “Azərsu” abonentlərinin 88,9 %-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,7 %, qeyri əhali qrupu üzrə isə 95,6 % təşkil edir.
Sevinc