Hər zaman demişik, Ermənistanı bizim üzərimizə qızışdıran dövlətlər var. Burda konkret olaraq qonşularımız Rusiya və İranın adını qeyd etmək lazımdır. Çünki yüz illərdir ki, ölkəmizə qarşı bu ölkələrin yürütdüyü çirkin planların ardı-arası kəsilmir və məhz onların çirkin siyasətlərindən dolayı zaman-zaman Azərbaycan xalqı tarixin ən böyük faciələrini yaşamağa məhkum edilmişdir.
Tarix yenidən təkrarlanır. Eyni senaristlər və senarilər.Bütün bunlar xalqımıza çox tanışdır. Bu gün Qarabağda ordumuza qarşı istifadə olunan dronlar və atılan güllə və mərmilər, ümumiyyətlə erməni separatçılarının və terrorçularının əlində olan bütün silah və sursatlar, məhz Rusiya və İran tərəfindən Azərbaycana qarşı istifadə olunması üçün separatçı erməni terror dəstələrinə peşkəş olaraq verilir.
Erməni separatçı dəstələri bu günki insidentdə, hərbiçilərimizə qarşı məhz İran istehsalı olan dronlardan istifadə etmişdir. Məhz işğalçı Ermənistan qədər, İranın xidmətləri kifayət qədərdir. Bu gün həmçinin sərhəddimizdə, İran PUA-ları kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.Sözsüz bütün bunlar Ermənistana dəstək vermək üçün atılan addımlardır və məlumat toplama xarakteri daşıyır. Ordumuz düşmənə layiqli cavab verib və bütün təhlükəsizlik tədbirləri gücləndirilib.
Çox təəssüflər olsun ki, insident nəticəsində itkilərimiz var. Allah, şəhid olmuş hərbiçilərimizə rəhmət eləsin.
Çingiz Şahbazi-siyasi ekspert