Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə İrana məxsus yük maşını avtobusla toqquşdu, ölən və yaralılar var -ÖZƏL

Türkiyədə İrana məxsus yük maşını avtobusla toqquşdu, ölən və yaralılar var


Türkiyənin Hakkari vilayətində zəncirvari qəza baş verib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, qəza zamanı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Belə ki, Hakkari-Van avtomobil yolunda, Dikilitaş kəndi yaxınlığında İran dövlət nömrə nişanlı TIR xırda tutumlu sərnişin avtobusu ilə toqquşub, Daha sonra isə TIR-ın qoşqusu əks istiqamətdə hərəkət edən avtobusa çırpılıb.

Yaralılar təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına çatdırılıb, yük maşını sürücüsü də saxlanılıb.

Mehman
Xəbəri paylaş