Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir.
Fotolardan aydın görünür ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.
Newscenter.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.
Sevinc