Artıq bir neçə gündür ki, yolu azaraq Ermənistana keçən Azərbaycanın iki hərbiçisinə qarşı bu ölkədə işgəncələr verilir. Bu azmış kimi ermənilər işgəncə görüntülərini yaymaqdan da çəkinmirlər. Yayılan görüntülərdən əsgərimizin fiziki təzyiqə məruz qaldığı, qəddarcasına döyüldüyü aydın olur. Təəssüfedici məqam ondan ibarətdir ki, beynəlxalq insan haqları təşkilatları, eləcə də Beynəlxaılq Qızıl Xaç Komitəsi iki hərbiçimizin taleyinə biganə qalaraq onların həyatı ilə maraqlanmırlar.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov isə hesab edir ki, sözügedən problemi də Azərbaycan özü həll etməlidir. Newscenter.az-ın xəbərinə görə. politoloq hesab edir ki, hərbiçilərimizi erməni əsirliyindən azad etmək üçün Azərbaycan Ordusu hərəkətə keçməlidir. Azər Qasımovun qənaətincə, qarşı tərəfin hərəkəti bunu zəruri edir və Azərbaycana başqa varinat vermir:
"Azərbaycan ordusu əsir düşmüş əsgərimizi azad etmək üçün Kafana girməlidir. Ordumuz üzünə vurulan təpiyin cavabını mütləq verməlidir".
Mehman