Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və ABŞ arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunub

Azərbaycan və ABŞ arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunub


Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda Milli Qvardiya Bürosunun rəhbərinin müavini, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mark Sassevil ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığımızı müzakirə ediblər.

Xatırladaq ki, R.Tahirov ABŞ-da səfərdədir. O, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.

Mehman
Xəbəri paylaş