Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan münaqişəni dərinləşdirməyə çalışır -ÖZƏL

İrəvan münaqişəni dərinləşdirməyə çalışır


Son erməni təxribatı bir daha sübut etdi ki, Ermənistanla sülh müqaviləsi imzalanmaya qədər bu ölkə tərəfindən təxribatlar davam edəcək. Ancaq Ermənistan da hələ ki, sülh müqaviləsi imzalamağa maraqlı görünmür. Əksinə prosesi getdikcə əngəlləməyə çalışır. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.

O Newscenter.az-a bildirib ki, qarşı tərəf həm özü, həm də onu idarə edən qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraqlı deyil:

"Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsi bağlanmadığı müddətcə, hərbi və siyasi baxımdan insidentlərin zaman-zaman baş verməsi ehtimalları böyükdür. Ermənistan tərəfi nəinki sülh prosesində maraqlıdır, əksinə qeyri-ciddi addımları ilə münaqişəni dərinləşdirməyə çalışır və bu da öz növbəsində iki ölkə arasında əldə olunan nəticələrə pozuculuq təsirini göstərir. Əslində Ermənistanın bu kimi, çirkin davranışlarını anlamamaq çətin deyil. Bu addımlar sülh danışıqları proseslərinin ləngidilməsinə hesablanıb və çalışırlar ki, Qarabağın Azərbaycan ərazisi kimi tanımamasına nail olsunlar".

Mehman
Xəbəri paylaş