Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hələ də Ermənistanda ümid edilir ki,..... -ÖZƏL

Hələ də Ermənistanda ümid edilir ki,.....


Ermənistan ənənəsinə sadiqlik nümayiş etdirir. Sözdə Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı olduğunu bildirsə də, əməldə bunun əksini edir. Müntəzəm olaraq təxribat törədir, mövqelərimizə qarşı hücum təşkil edir. Eyni zamanda Qarabağ ətrafına yenidən silah-sursat və canlı qüvvə toplayır. Bəs görəsən, Ermənistan bununla nəyə nail olmaq istəyir?

Siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a bildirib ki, Ermənistan hələ də prosesləri dəyişə biləcəyinə ümid bəsləyir:

"Hələ də Ermənistanda ümid edilir ki, regionda geosiyasi maraqlar çərçivəsində hadisələr onların xeyrinə dəyişə bilər və maşası olduğu ölkələr Qarabağ məsələsində onlara köməklik göstərəcəkdir. Belə cəfəng xülyalar ətrafında siyasətlərini davam etdirən Ermənistan siyasi dairələri, əsla sivil danışıqlar çərçivəsində və dinc yolla proseslərə yanaşmaq istəyində olduqları marağında görünmürlər".

Ekspert hesab edir ki, məhz bu səbəbdən, Ermənistanın, bizim üçün başqa seçim qoymadığını nəzərə alsaq, proseslərə Azərbaycan ordusunu cəlb etməkdən başqa yol qalmır:

"Ölkə başçısının dediyi kimi, dəmir yumruq hər zaman hazırdır. Bu son dəfə olaraq kəskin şəkildə öz nəticəsini göstərməlidir".

Mehman
Xəbəri paylaş