Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanı "Dəmir Yumruq"la sülhə məcbur etməkdən başqa yol yoxdur -ÖZƏL

Ermənistanı "Dəmir Yumruq"la sülhə məcbur etməkdən başqa yol yoxdur


"Hər dəfə erməni təxribatından sonra Birləşmiş Ştatlar, Rusiya və Avropa Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşması məqsədilə hərəkətə keçsə də, lakin bütün bu təşəbbüslər nəticəsiz qalır. Ən yaxşı halda bir-iki görüş keçirilir. Bundan uzağa getmək olmur".

Bu fikirləri Newscenter-az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, beynəlxalq səviyyədə irəli sürülən təşəbbüslərin məntiqi sonluqla başa çatmasının günahkarı Ermənistandır:

"Burada Ermənistan qədər onu himayə edən dövlətlər də məsuliyyət daşıyır. Həmçinin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar keçirilməsi təşəbbüsünü irəli sürən, lakin bu prosesi sona çatdırmaq üçün Ermənistana heç bir təzyiq göstərməyən güc mərkəzləri də eyni məsuliyyəti bölüşürlər. Əgər onlar doğurdan da regionda sülh və sabitlik istəsələr o zaman Ermənistanın nazı ilə oynamaz və onu sülhə məcbur edərdilər".

Politoloq deyib ki, diplomatik dillə anlamayan Ermənistanı güclə, "Dəmir Yumruq"la sülhə məcbur etməkdən başqa yol yoxdur.

Mehman
Xəbəri paylaş