“Artıq Fransa prezidenti Emmanuel Makron döyülməyə, Fransanın özü isə söyülməyə öyrəncəli olub. Makron hansı ölkəyə səfər edib, orada etirazla qarşılanıb sillə yediyi kimi, Fransa da hər dəfə Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv mövqe ortaya qoyanda cəmiyyətimiz tərəfindən haqlı olaraq söyülür”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, rəsmi Parisin aprelin 11-də baş verən növbəti erməni təxribatı ilə bağlı ortaya qoyduğu ədalətsiz, heç bir fakta söykənməyən, beynəlxaql ictimaiyyətini aldatmağa çalışılan mövqe haqlı olaraq söyüşə layiqdir:
“Bu ölkənin Xarici İşlər Nazirliyinin 11 aprel təxribatı barədə bəyanatı sözün həqiqi mənasında biabırçılıq və bu ölkənin rəsmi qurumunun beynəlxalq prinsiplərə, ən əsası BMT-yə sayğısız yanaşmasının göstəricisidir. Fransa XİN utanmadan bəyan edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmət etməlidir. Fransa XİN bilməmiş deyil ki, ermənilərin təxribat törətdikləri ərazilər sırf Azərbaycana məxsusdur. Azərbaycan heç bir ölkənin, o cümlədən də Ermənistanın ərazisinə müdaxilə etməyib. Əgər Fransa Qarabağı Ermənistan ərazisi hesab edirsə, o zaman başından böyük qələt edir. Yaxşısı budur ki, Fransa XİN-də oturanlar gedib tarix kitablarını vərəqləsinlər”.
Mehman